Bakının Nəsimi rayonunda, Zabitlər parkında Aşıq Namiq Fərhadoğlu döyülüb. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Verilən məlumata görə, o, parkda gəzən qadına söz atıb. Bu səbəbdən hadisə yerinə gələn qadının oğlu aşığı döyüb.
Mübahisədən sonra hər iki şəxs bir-birindən şikayətçi olaraq Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edib.