Bakı-Ələt yolunda 10 avtomobil toqquşub. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Ötən gün saat 16:00 radələrində Bakı-Ələt yolunun 70-ci kilometrində zəncirvari qəza baş verib. 10 avtomobilin toqquşması nəticəsində yolda uzun tıxac yaranıb.
Vətəndaşlar sosial şəbəkələrdə saatlarla yolda qaldıqlarını qeyd ediblər.