Paytaxt yollarında aparılan təmir işləri yekunlaşıb. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Belə ki, 10-12 noyabr tarixlərində Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yol ötürücüsü və Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yol ötürücüsündə təmir-bərpa işləri icra olunub.

Bundan əlavə, avtomobil tunellərində giriş və çıxışlar, eləcə də yerüstü və yeraltı piyada keçidlərində təmizlik, işıqlandırmanın bərpası, yol nişanlarının yuyulması və müxtəlif abadlıq işləri icra olunub.

Bakı yollarında aparılan təmir işləri yekunlaşıb
Foto Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi