Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində bir sıra oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Mehrəliyev qəsəbə ərazisində müxtəlif vaxtlarda 8 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onda heroin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.