Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hasara alınmış ərazidə taxta və məişət tullantıları 30 kv.m sahədə yanıb. Həmçinin yüksək temperaturdan ərazinin yaxınlığında ümumi sahəsi 100 kv.m olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 50 kv.m sahədə əriyib və sahəsi 600 kv.m olan talvarın şiferdən ibarət dam örtüyü 20 kv.m sahədə dağılıb.
Əraziya FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.