Bakının Yasamal rayonu, Behbud Şaxtaxtinski küçəsində yerləşən fərdi yaşayış evləri söküləcək. Bu haqda bu gün, 13 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Söküntüyə gələn ilin yanvar ayından başlanılacaq, sakinlərin əksəriyyəti ilə razılıq əldə olunub.

Həmin ərazidə çoxmərtəbəli bina tikiləcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edilib. Əlavə olaraq, binaların tikintisi başa çatanadək vətəndaşlara 700 manat kirayə pulu da veriləcək.

Bir müddət əvvəl bu ünvanın yaxınlığındakı bir çox fərdi yaşayış evləri də sökülmüşdü.