Bakı yollarında yol qəzası zamanı avtomobilləri kənara çəkərək sığorta əməkdaşını gözləmək olar. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Belə ki, qanuna əsasən, avtomobillər yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin qəza nəticəsində sağlamlığa zərər dəymədiyi halda hadisə yerini tərk edə bilər.
Qurum bu tip qəzalar zamanı yollarda sıxlıq yaratmamağa çağırır.