Paytaxtdan Laçına keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksində yaşayan məcburi köçkünlər Laçına yola salınıblar. Bu dəfə 40 nəfərdən ibarət 10 ailə köçürülüb.
Laçınlılar dövlət tərəfindən bərpa edilən və ya yenidən tikilən evlərlə təmin ediləcəklər.
Daha öncə, oktyabrın 30-da Bakı və Sumqayıt şəhərlərindən 16 ailə, yəni 59 nəfər Laçına yola düşüb.
Artıq Laçında 325 ailə, yəni 1245 nəfərin daimi yaşayışı təmin edilib.
