Bakının Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən binanın 6-cı mərtəbəsinin fasadında pəncərə bərkidildiyi yerdən qoparaq asılı vəziyyətdə qalıb. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məsələ ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Vətəndaşlar üçün təhlükə yaradan pəncərə xilasedicilər tərəfindən götürülüb.