Bakıda vəfat edən şəxsin avtomobilinə cərimə yazılıb. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Baku TV-yə istinadən xəbər verir.

Hadisə Binəqədi rayonu, Əcəmi Naxçivani, 11 ünvanında baş verib. Şikayətçinin sözlərinə görə, 4 ildir sürülməyən nasaz avtomobilə cərimə gəlib. Belə ki, nəqliyyat vasitəsinin sahibi 4 il öncə vəfat edib. Həmin vaxtdan da avtomobil sürülməyib. Buna baxmayaraq, Baş Dövlət Yol Polisi İdarəsi (DYP) tərəfindən maşına texniki baxışdan keçirilmədiyinə görə 50 AZN məbləğində cərimə yazılıb.

DYP-dən bildirilib ki, məsələ araşdırılacaq və həll olunacaq.