Paytaxtda və ölkənin müxtəlif rayonlarda sakinlər könüllü olaraq silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Noyabrın 14-də polis əməkdaşları vətəndaşlardan 6 avtomat, 1 tapança, 13 qumbara, 7 qumbara alışdırıcısı, 17 patron darağı, 877 müxtəlif çaplı patron, 10 müxtəlif markalı ov tüfəngi və 4 süngü-bıçaq təhvil alıblar.

Əlavə olaraq keçirilən əməliyyat nəticəsində 15 ov tüfəngi və 49 patron aşkar edilərək götürülüb.