Bakıda yük maşınının sürücüsü boş siqaret qutusunu ataraq ictimai qınaqla üzləşib. Hadisə ilə bağlı internet istifadəçisi olan qadın videogörüntüləri yayıb. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
90-FL-704 dövlət qeydiyyat nömrə nişanlı “Mitsubishi Canter” markalı yük avtomobilinin sürücüsü qutunu yerə atıb və ətrafdakı vətəndaşların xəbərdarlığına baxmayaraq, əməlinə haqq qazandırmağa çalışıb.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hadisə ilə bağlı araşdırma aparılıb. Əməli törədən şəxs, Tovuz rayon sakini İslam Ələkbərov barəsində qanunamüvafiq şəkildə tədbir görülüb.