Abşeron rayonu, Saray qəsəbəsində yerləşən gözəllik salonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Polis bölməsinə verilən məlumata görə, noyabrın 13-nə keçən gecə gözəllik salonundan 20.000 manat dəyərində 2 lazer aparatı oğurlanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Bayramov və Vüsal Hacıbəyov saxlanılıblar.

Hazırda araşdırma aparılır.