Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 313 kv.m olan tikilinin içərisində dəzgah və 10 top parça yanıb. Həmçinin yüksək temperaturdan tikilinin lambirdən ibarət tavanı 223 kv.m sahədə əriyib.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.