Bakı Şəhər İcra Hakimiyyəti hava şəraiti haqqında xəbərdarlıq edib. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Qış mövsümü ilə bağlı keçirilən müşavirələrdə kommunal, təsərrüfat xidmətlərinin, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələri iştirak ediblər. Burada qışa hazırlıqlarla bağlı mövzular müzakirə olunub.

Görüşlərdə qeyd olunub ki, son günlərdə ölkənin dağ rayonlarına əvvəlki illərlə müqayisədə daha çox qar yağması qışın sərt və yağmurlu keçəcəyindən xəbər verir.

Bununla əlaqədar hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Həmçinin rayonlardakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb.