Sabunçu rayonunda içməli su olmayacaq. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az “Azərsu”ya istinadən xəbər verir.

Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar rayonun Bakıxanov qəsəbəsinin bir hissəsində içməli su olmayacaq. Məhdudiyyət gün ərzində davam edəcək.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.