Basketbol üzrə Azərbaycan milli yığma komandasının kapitanı Amil Həmzəyev ailə qurub. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

33 yaşlı idmançının toy mərasimi ötən gün paytaxt restoranlarının birində baş tutub. Müvafiq şəkillər sosial şəbəkələrdə yayılıb.

Həmzəyev 25 iyun 1990-cı ildə Gəncədə anadan olub. O, 4 dəfə ölkə çempionatının qızıl medalına yiyələnib.

Amil Həmzəyev evlənib
Foto açıq mənbədən