Bakıda köhnə tikili sökülərək yerində park salınacaq. Bu haqda bu gün, Bakuplus.az “Baki Gundəliyi” Facebook səhifəsinə istinadən xəbər verir.
Söhbət Ceyhun Hacıbəyli küçəsindən gedir. Bildirilir ki, Nəsib bəy Yusifbəyli küçəsi ilə kəsişmədən başlayan söküntü “Tikinti bazarı”na qədər davam edir və burada park salınacağı qeyd olunur.
“Hələlik ərazi hasarlanmayıb. Məlumat lövhəsi də yoxdur. Söküntü ərazisində həqiqətən park salınacaqsa və bu barədə rəsmi açıqlama verilərsə, məmnun olardıq. Söhbət çox böyük ərazidən gedir”, – deyə sakinlər vurğulayırlar.
Nəsimidə böyük ərazidə söküntü işləri aparılır



