Abşeron rayonu, Novxanı qəsəbəsində iki nəfər qoyun oğurlamaqda şübhəli bilinərək saxlanılıb. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, noyabrın 5-də qəsəbə ərazisində yerləşən bir yardımçı təsərrüfatdan 5 baş qoyun oğurlanıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Bakı şəhər sakini E.İsmayılov və Laçın rayon sakini B.Allahverdiyev saxlanılıblar.
Onlar barəsində araşdırmalar davam edir.