Vətəndaşa qarşı quldurluq edən şəxslərə hökm oxunub. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Hökmə əsasən, Yadigar Məmmədov 8 il, Elnur Əliyev 8 il 6 ay, Mehman Əzizov 8 il və Ceyhun Zeynalov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hadisə 2021-ci ilin noyabr ayında paytaxtın Sabunçu rayonunda baş verib. Təqsirləndirilən şəxslər Anar Zairovu bıçaqlayaraq onun 10.000 AZN pulunu oğurlamışdılar.