Bakının Yasamal rayonunda qadın olan xarici idmançı taksi sürüsü tərəfindən əxlaqsızlıqla üzləşib. Bu haqda bu gün, 16 noyabr tarixində Bakuplus.az Qafqazinfo.az-a istinadən xəbər verir.

Polis şöbəsinə verilən məlumata əsasən, “Bolt” tətbiqi vasitəsilə taksi sifariş edən Qazaxıstan vətəndaşı A.M.-ə qarşı “Kia” markalı avtomobilin sürücüsü tərəfindən “Nizami” metro stansiyası yaxınlığında əxlaqsız hərəkətlər törədilib.

Avtomobildən düşərək qadın polisə şikayət edib və həmin şəxsin tapılaraq cəzalandırılmasını xahiş edib.

Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin keçirdiyi tədbirlər nəticəsində taksi sürücüsünün 27 yaşlı C.Məmmədli olması müəyyən edilib. O, saxlanılaraq bölməyə aparılıb. Yasamal Rayon Məhkəməsinin qərarı ilə törətdiyi əməllə bağlı barəsində 20 sutka inzibati həbs cəzası verilib.