İsrailin Ynet xəbər portalının məlumatına görə, Bakıda İsrail səfirliyinə terror hücumuna cəhdin qarşısı alınıb. Onların məlumatına görə, silahlı halda səfirliyə girməyə cəhd edən şəxs iranəsillidir.
09:29 – Bakıda diplomatik nümayəndəliyin binasına terror cəhdinin qarşısı alınıb – TƏCİLİ
Bakıda xarici dövlətin diplomatik nümayəndəliyinin binasına silah tətbiq etməklə terror aktı törətməyə cəhd edən M.H.Hüseyinzadə saxlanılıb. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
Verilən məlumata görə, Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin Hüseyinzadəyə qarşı verdiyi vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İş materiallarından məlum oldu ki, 2023-cü ilin noyabrında uzun müddət gizli müşahidə aparan Hüseyinzadə xarici dövlətin Azərbaycandakı diplomatik nümayəndəliyinin Bakı şəhərində olan inzibati binasına silahlanmış vəziyyətdə terror aktı törətmək üçün soxulmağa cəhd edərkən DTX əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılaraq tərksilah edilib.
Bu, cari ildə Bakıdakı diplomatik nümayəndəliyə ikinci hücum cəhdidir. İyulun 10-da İsrail səfirliyində terror aktı törətməyi planlaşdıran Əfqanıstan vətəndaşının saxlanıldığı məlum olub. İyulun 13-də Azərbaycanda səfərdə olan İsrailin xarici işlər naziri Kohen buna görə İranı günahlandırıb.