Paytaxt ərazisində istənilən qiymətə qəbiristanlıqda yer almaq mümkündür. Amma bu işə nəzarət edənlər elə qiymət deyirlər ki, adam eşidəndə o qiymətlərə görə ölməkdən vaz keçmək istəyir. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Dövlətdən dəfn pulu üçün verilən 500 manat nəinki qəbiristanlıqdan yer almaq, heç mərhumu dəfn etmək üçün çatmır. Ona görə də hazırda vətəndaşların çoxu ölüsünü ancaq borc-xərclə dəfn edə bilir.
Bəs aidiyyəti qurumların bu məsələdən xəbəri varmı?
Bildirilib ki, torpağın baha qiymətə satılması qeyri-qanunidir, vətəndaş dövlət rüsumu ödəməlidir.
Məsələ bu yaxınlarda Milli Məclisdə də gündəmə gətirilmişdi. Millət vəkili Siyavuş Novruzov öz çıxışında paytaxt qəbiristanlıqlarında bahalaşma və qəbiristanlıqlarda yerlərin məhdudluğu problemini həll etməyə çağırıb.