Bakının Binəqədi rayonunda sərnişinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Bakı-Sumqayıt şosesinin tunelində “Toyota Prius” markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı nəqliyyat vasitəsinə çarpılıb. Qəza nəticəsində “Prius”da olan sərnişin xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Binəqədi rayonunda “Prius” qəzaya düşüb
Foto APA.az saytı