Paytaxtın bütün rayonlarında qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri aparılır. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinə istinadən məlumat verir.

Plana uyğun olaraq, xüsusi təyinatlı texnika hazır vəziyyətə gətirilib, bir sıra binalarda təmir işləri aparılıb və digər tədbirlər görülüb.

Nəsimi, Yasamal və Nərimanov rayonlarında qışın qarlı havalarına hazırlıq tədbirlərinin müzakirəsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə müşavirələr keçirilib, hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.

Kommunal qurumlar qışa hazırlaşır
Foto Bakı Şəhər İcra Hakimiyyəti