Bakının Nəsimi rayonu ərazisində yağış kürəbəndlərində təmizlik işləri aparılıb. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Qış mövsümünə hazırlıqla bağlı rayon ərazisində əsas küçə və prospektlərdə yağış kürəbənd barmaqlıqlarına baxış keçirilib. Yağış kürəbəndləri tullantılardan təmizlənib.

Rayon ərazisində hava şəraitinin dəyişməsi ilə bağlı qabaqlayıcı tədbirlər davam etdirilir.