Paytaxtın Nəsimi rayonunda axtarışda olan şəxs “Makarov” tapançası satmaq istəyən zaman saxlanılıb. Bu haqda bu gün, 17 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlər törtəməkdə şübhəli bilindiyi üçün axtarışda olan 52 yaşlı Sumqayıt şəhər sakini Mübariz Mirzəyev saxlanılıb.
Baxış zamanı onun üzərində “Makarov” markalı tapança, 5 patron və sandıqça aşkar edilib. Fakt araşdırılır.
