Bakıda bir sıra avtobusların marşrutunda dəyişiklik olub. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Belə ki, sərnişin müraciətlərini nəzərə alaraq, 53 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar başlanğıc dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metro stansiyası, son daynacaq məntəqəsi isə Əhəd Yaqubov küçəsi (Bayıl) olmaqla Badamdar şosesi ilə hərəkət edəcək.

Bundan əlavə, 4 nömrəli müntəzəm marşrutunun istismarı “BakuBus” MMC-yə həvalə edilib. Həmçinin marşrutun hərəkət istiqaməti dəyişdirilərək Bakı Ağ şəhər yaşayış sahəsinə yönləndirilib.