Paytaxtda yerləşən “Berlin Pub”da adam öldürməkdə təqsirləndirilən şəxsin kassasiya şikayətinə baxılır. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Orxan Şahbazovun kassasiya şikayəti Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə noyabrın 22-də araşdırılacaq.

O.Şahbazov ötən il, iyul ayında Vüqar Mustafayevi döyərək öldürdüyünə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.