Binəqədi rayonunda narkotik təsiri altında avtomobil idarə edən sürücü tutulub. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
20 yaşlı Əhliman Quluzadə “Khazar SD” markalı avtomobillə Binəqədi rayon ərazisində saxlanılıb. Yoxlama zamanı onun narkotik təsiri altında olduğu məlum olub. Həmçinin onun maşınında 35 ədəd kibrit qutusunda qablaşdırılan külli miqdarda marixuana aşkar edilib.
Faktla bağlı araşdırmalar davam edir.
