Ailələrin Laçına köçürülməsi davam edir. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Abşeron rayonunda, eləcə də Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha 25 ailə, yəni 103 nəfər köçürülüb.
Bununla da Zabux kəndində 71 ailə, yəni 291 nəfərin məskunlaşması təmin edilib.
