Mədət Quliyev vəzifəsindən azad edilib. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Prezidentin saytına istinadən xəbər verir.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev vəzifəsindən azad olunub. O, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.

Vüqar Mustafayev isə Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad olunaraq həmin quruma nazir təyin olunub.