Bakının Pirallahı rayonunda yanacaqdaşıyan avtomobil yanıb. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Hadisə yanacaqdoldurma məntəqəsində baş verib. Tutumu 10 ton olan “Ford” markalı yanacaq maddə daşıyan avtomobil yanacaq dolduran zaman alışıb.
Nəticədə baş vermiş partlayış dalğasından məntəqənin 1 yanacaqötürən pompası yerindən çıxıb, həmçinin yanacaqdaşıyan avtomobilin yanacaq çəninin lükü yerindən çıxaraq yaxınlıqdakı birmərtəbəli mebel satışı mağazasının 10 kv.m sahədə tavanını dağıdıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.