Bakının Qaradağ rayonunda yanğın zamanı bir nəfər xəsarət alıb. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli evin birinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Həmçinin evə bitişik sahəsi 400 kv.m olan talvarın yanar konstruksiyaları 150 kv.m sahədə alışıb.

Alov ümumi sahəsi 80 kv.m olan birmərtəbəli evə keçib. Nəticədə tikilinin dam örtüyü 10 kv.m sahədə yanıb. Əlavə olaraq yüksək temperaturdan tavan 40 kv.m sahədə və 2 plastik qapı əriyib.

Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Yanğın söndürülüb.