Xəzər rayonunda silah alveri ilə məşğul olan şəxs tutulub. Bu haqda bu gün, 18 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Bakı şəhər sakini, 47 yaşlı Rüfət Bayramov saxlanılıb. Onun üzərində 1 ədəd lüləsi və qundağı kustar üsulla kəsilmiş “TOZ-8” modelli tüfəng və 4 ədəd patron aşkar edilib. R.Bayramov silahı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam edir.