Bakının Binəqədi rayonunda köməksiz vəziyyətdə qalan uşaq xilas olunub. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
2 yaşlı E.Aşullı yaşadığı fərdi evin qarajında avtomobilin içərisində olarkən qapılar kilidlənib və uşaq köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Xilasedicilər avtomobilin qapısını açaraq uşağı valideynlərə təhvil veriblər.