Bakının Şəhidlər xiyabanında Qarakənd faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Ziyarətçilər həlak olanların məzarları üzərinə qərənfillər və əklillər qoyublar.
Mərasimdə həlak olanların ailə üzvləri, Baş Prokurorluğun rəsmi nümayəndələri, eləcə də Daxili İşlər Nazirliyinin şəxsi heyəti iştirak ediblər.
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mİ-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 32 il ötür.