Paytaxtın Suraxanı rayonunun Yeni Günəşli və Qaradağ rayonunun Lökbatan qəsəbələri ərazilərində noyabrın 17-də ağac və kollar zədələnib. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Zədələnmə faktları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə apardığı tədbirlər zamanı aşkar olunub.
Əməllərə görə Suraxanı rayonunda bir fiziki, Qaradağ rayonunda isə bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Tədbirlər davam etdirilir.