20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi üzərində “Mİ-8” vertolyotunun ermənilər tərəfindən vurulmasından 32 il ötür.

Həmin gün həlak olanların sırasında Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri sabiq daxili işlər naziri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfi Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini Qurban Namazəliyev, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov da olub. Ümumiyyətlə, qəza nəticəsində 22 nəfər həlak olub.