Vətən müharibəsi şəhidi Əli Nağıyevin qardaşı ailə qurub. Toy məclisində Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vüqar Zeynalov da iştirak edib. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az RİH-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Mərasimdə, həmçinin Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın şöbə müdirləri və şəhidlərin ailə üzvləri iştirak ediblər.
Əli Nağıyev Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.