Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlanıb. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Polis şöbəsinə verilən məlumata əsasən, sözügedən ərazidəki evlərin birindən 7900 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Seymur İsayev saxlanılıb.