Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində “Toyota Prius” markalı avtomobil qəza törədib. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Hadisə keçmiş “Təzə bazar”ın qarşısında qeydə alınıb. “Ford” markalı avtomobil qəflətən qarşısına çıxan “Prius”a çarpılıb. Nəticədə “Toyota”ya ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.