Bakının Xətai və Suraxanı rayonlarında bu gün, 20 noyabr tarixində qaz olmayacaq. Bu haqda Bakuplus.az “Azəriqaz” İB-yə istinadən xəbər verir.

Xətai rayonu, N.Rəfiyev küçəsində abadlıq işlərin aparılması və qaz xəttinin yerinin dəyişdirilməsi, Qaraçuxur qəsəbəsində isə yaşayış binasının qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədər qaz təchizatında məhdudiyyət yaranacaq.

Xətai rayonunda Ağ Şəhər, M.Mehdizadə, S.Orucov, İ.Orucov, F.Bayramov, Natiq Əliyev, Afıyəddin Cəlilov, N.Rəfiyev küçələrinin, həmçinin Xocalı və Babək prospektlərinin bir hissəsində, eləcə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatında müvəqqəti fasilə yaranacaq.