Bakının Nizami və Nəsimi rayonlarında qanunsuz ticarət məntəqələri küçələrdən götürülür. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Vətəndaşların müraciətləri ilə rayonların ərazisində polis əməkdaşları profilaktik tədbirlər keçiriblər.
Tədbirlər zamanı piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, səkiləri, həmçinin yol kənərlarını zəbt edən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət məntəqələri aşkarlanıb. Polis əməkdaşları tərəfindən onlara qarşı müvafiq tədbirlər görülüb.
Qanunu pozan şəxslərlə izahedici söhbətlər aparılaraq xəbərdarlıq edilib. Verilən məlumata əsasən, bu istiqamətdə tədbirlər davam edəcək.