İstilik mövsümü noyabrın 15-də başlasa da, Bakının müxtəlif rayonlarında istilik hələ də verilməyib. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Bizim.Media-ya istinadən xəbər verir.
Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, Köhnə Günəşli qəsəbəsi, İ.İsmayılov küçəsi, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, “Elmlər” metro stansiyasının yaxınlığı, Hüseyn Cavid prospekti, 528-ci məhəllə, Binəqədi rayonu, 9-cu mikrorayon, Cəlal Paşayev küçəsində yerləşən yaşayış binalarına indiyə kimi istilik verilməyib.
Sözügedən ərazilərdəki yaşayış binalarının sakinləri bildiriblər ki, məsələ ilə bağlı “Azəristiliktəchizat”a müraciət ediblər, lakin cavabsız qalıblar.
“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallının verdiyi məlumata əsasən, istiliyin olmaması mənzildaxili və binadaxili problem ola bilər. Hər ayrı halla bağlı araşdırmalar aparıldıqdan sonra əhaliyə məlumat veriləcək.