Bakının Qaradağ rayonu, Çeyildağ qəsəbəsində (keçmiş Umbakı qəsəbəsi) yaxın günlərdə yeni penitensiar kompleks açılacaq. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə istinadən məlumat verir.
Yeni cəzaçəkmə müəssisəsinə 1300 nəfər məhkum köçürüləcək. Ərazidə məhkumları mühafizə edən bölük nəzərdə tutulub. Əsgərlərin qalma yeri və qidalanması üçün nəzərdə tutulan yerlər də var.
Məqsəd cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitini beynəlxalq standartlara uyğunlaşdırmaqdır.
