Bakının Xətai rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

“Hyundai” markalı avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsinə ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.