Bakı metropoliteninin “Xalqlar Dostluğu” metro stansiyasında qatarın qapılarından biri ilə bağlı problem yaranıb. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Texniki baxış zamanı nasazlığın müdaxilə nəticəsində yarandığı ehtimal edilib.

Təhlükəsizlik tələblərinə uyğun olaraq, sərnişinlər düşürülüblər, qatar xətdən çıxarılıb. Bu səbəbdən hərəkətdə 4 dəqiqəlik yubanma yaranıb.