Hadisə yerindən yayınan sürücü cəzalandırılıb. Bunu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.
Onun 20 yaşlı Yasamal rayonu sakini Emil Bayramzadə olduğu məlum olub. Hadisə ilə bağlı tədbir görülüb, sürücü barəsində protokol tərtib edilib.
11:34 – Yeni Yasamalda qəza törədən “Prius” sürücüsü hadisə yerindən qaçıb – VİDEO
Bakının Yeni Yasamal yaşayış massivində yol qəzası baş verib. Bu haqda bu gün, 20 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
99-NF-743 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil digər avtomobillə toqquşaraq hadisə yerindən yayınıb.
Müvafiq video qəzaya uğramış avtomobilin videoqeydiyyat kamerası ilə çəkilib.