Yasamal rayonu, Tbilisi prospektində, “20 Yanvar” metro stansiyası yaxınlığındakı piyada səkisində quraşdırılan metal konstruksiya sökülüb. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.

Yeni tikilən dayanacağın gələcəkdə problemə çevrilə biləcəyi vurğulanır. Bu səbəbdən pavilyonun təməli sökülüb, səki piyadaların istismarına qaytarılıb.

Daha öncə məlum olub ki, dayanacaq Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tikilir.